Peşə təhsili almaq istəyənlərə ŞAD XƏBƏR

02.12.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Baku Marriott Hotel Boulevard-da Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Peşə təhsili: nailiyyətlər və çağırışlar" mövzusunda konfrans keçirilib. 

Milli.Az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri və nümayəndələri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin direktorları və direktor müavinləri iştirak edib.

Konfransda 2022-2025-ci illər ərzində peşə təhsili sahəsində əldə olunan nəticələr təqdim edilib, görülən işlərin təhlili və mövcud təcrübə əsasında yeni dövr üçün çağırışlar müzakirə olunub.

Konfransın növbəti sessiyalarında müzakirələr təşkil edilib, iştirakçılar arasında peşə təhsili sisteminin inkişaf prioritetləri, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi, idarəetmənin optimallaşdırılması və tədrisin keyfiyyətinin artırılması istiqamətləri üzrə praktiki təkliflər və mövcud çətinliklərlə bağlı fikir mübadiləsi aparılıb.

Aysel Əkbər
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью