Peşə təhsili müəssisələrinə qəbul olanların NƏZƏRİNƏ Son gündür

14.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrində boş qalan plan yerlərinə tələbə qəbulunun III – sonuncu mərhələsi bu gün başa çatır.
Bizim.Media xəbər verir ki, müraciətlər 14 sentyabr saat 12:00-dək portal.edu.az üzərindən elektron qaydada qəbul edilir. Bu mərhələdə əvvəlki mərhələlərdə uğursuz olan və ya daha əvvəl müraciət etməyən şəxslər iştirak edə bilərlər.
Müsabiqədən keçən şəxslər sənədlərini 14 sentyabr saat 18:00-dək qəbul olduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.
Daha əvvəl peşə təhsili müəssisəsinə qəbul olub sənədlərini təsdiqləyən şəxslər isə bu mərhələdə ixtisas dəyişmək üçün müraciət edə bilməzlər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью