Peşə təhsilində təhsil haqqı 5 min manat olan ixtisaslar var

21.07.2025

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni tədris ilindən peşə təhsili müəssisələrində ödənişli əsaslarla oxuyan şəxslərin təhsil haqlarında dəyişiklik edilib.

Missiya.Az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

C,Kərəmov bəzi bölgələrdə təhsil haqlarının fərqli olduğuna diqqət çəkib:

“Təhsil haqqı 5 min manat olan ixtisaslar var. Bu da beynəlxalq sertifikatlarla, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlb edilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin ekspertlərin iştirakı və s. ilə bağlıdır”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью