Peşə təhsilində yeni model 12 min nəfəri əhatə edəcək

04.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gələn il peşə təhsili müəssisələrinin adambaşı maaliyyələşmə sisteminə keçirilməsi üçün dövlət büdcəsindən ayrılan xərcin miqdarı məlum olub.
Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə görə, növbəti ildə 12 min nəfərədək təhsilalanı əhatə edəcək uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçirilməsi ilə bağlı xərclərin maliyyəyə təmini üçün 38,4 milyon manat vəsait proqnozlaşdırılıb.
Bu da cari illə müqayisədə 7,7 milyon manat və ya 25,1 faiz artım deməkdir.
Fəridə, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью