Peşə təhsilindən şəxsi biznesə: Qəbələdə maarifləndirici görüş

27.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Qəbələ, 27 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Müasir kənd təsərrüfatında real iş imkanları və uğurlu təsərrüfat quruculuğu” mövzusunda maarifləndirici seminar keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Peşə Təhsil Mərkəzindən bildirilib.

Mərkəzin ixtisas fənn müəllimi, kənd təsərrüfatı üzrə sahibkar Elvin Atakişiyev tərəfindən aparılan seminarda İsrailin “Rivulis Agro” şirkətinin mütəxəssisi Orxan Muradzadə iştirakçılara müasir suvarma texnologiyaları və real sahə təcrübəsi ilə bağlı maraqlı məlumatlar verib.

Seminarın əsas məqsədi kənd təsərrüfatında real təsərrüfat təcrübəsinin paylaşılması, işəgötürənlərin sahə üzrə real tələblərinin izahı, gənclərdə peşəyə maraq və motivasiyanın artırılması, məzun olduqdan sonra öz təsərrüfatını qurmaq imkanlarının araşdırılması, həmçinin sahibkarın şəxsi uğur yolu və praktiki təcrübəsinin öyrənilməsi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью