Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla 32 min 620 plan yeri üzrə aparılacaq.
Modern.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib.
O bildirib ki, peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 mini ötür: “Ayrılan plan yerlərində ötən ilki rəqəmlərlə müqayisədə 5,4% faiz artım var.
Plan yerlərinin 75 faizi dövlət sifarişli, 25 faizi isə ödənişli əsaslarladır.
Dövlət sifarişi yerlər əvvəlki illərlə müqayisədə artaraq 24 min 280-ə çatıb.
Qəbul yerlərinin 60%-i regionlar, 40 %-i isə Bakı üçün nəzərdə tutulub.
Ən çox yerli yer ayrılan aşpaz, dərzi, elektrik montyoru, manikür, bərbər-vizajist ixtisaslarıdır”.