Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkəmizdə uzun müddətdir diqqət çəkən məsələlərdən biri də peşə təhsilinə marağın azlığı ilə bağlıdır.
Dövlət tərəfindən bu istiqamətdə bir sıra proqramlar və təşəbbüslər həyata keçirilərək gənclərin peşə təhsilinə cəlb olunması təşviq edilsə də, lakin valideynlər, eləcə də bir sıra gənclər arasında hələ də peşə təhsilinə qarşı yanlış düşüncələr mövcuddur.
Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova bildirib ki, peşə təhsilinə marağın nisbətən az olması yalnız bizdə deyil, eləcə də bir çox ölkələrdə də müşahidə olunan tendensiyadır.
“Son illərdə dövlət bu sahəyə ciddi diqqət ayırır. Peşə təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, yeni ixtisaslar açılır, b
Müasir avadanlıqlarla təchizat aparılır ki, şagirdlər praktik bacarıqları birbaşa iş mühitinə uyğun öyrənsinlər.
Elm və Təhsil Nazirliyi tərəfindən “dual təhsil” modelləri, yəni təhsil və istehsalatı birləşdirən proqramlar da genişlənir.
Bu isə peşə təhsili məzunlarının iş tapmaq imkanlarını artırır”.