Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son illərdə peşə təhsilinə maraq əhəmiyyətli dərəcədə artıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında açıqlayıb.
Nazir bildirib ki, 2021-ci illə müqayisədə peşə təhsili müəssisələrinə qəbul olunanların sayı 70 faiz artıb.
Onun sözlərinə görə, peşə təhsilinə cəlb olunan qadınların sayında da 39 faizlik artım qeydə alınıb.
Emin Əmrullayev qeyd edib ki, peşə təhsilinin infrastrukturunun genişləndirilməsi istiqamətində də işlər davam etdirilir. Belə ki, 2030-cu ilədək ölkədə 21 yeni peşə təhsili müəssisəsinin tikilməsi nəzərdə tutulur.
Nazir vurğulayıb ki, gələcəkdə peşə təhsili ali təhsilin müəyyən istiqamətlərindən geri qalmayacaq.
Əli Hüseynov