Peşə təhsilinə qəbulun neçə tur davam edəcəyi AÇIQLANDI

23.07.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Hansı ixtisaslar üzrə plan yerləri boş qalırsa, həmin yerləri yenidən elan edir, siyahını namizədlərə təqdim edirik. Namizədlər də növbəti turda məhz həmin boş qalan yerlər üzrə seçim edə bilirlər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün təşkil olunan brifinqdə səsləndirdi.

"Əgər həmin mərhələdə də bütün plan yerləri dolarsa, qəbul prosesi başa çatır. Yox, əgər yenə boş yerlər qalarsa, üçüncü tur elan olunur və qəbul prosesi həmin mərhələdə davam etdirilir.

Yəni turların sayı boş qalan plan yerlərinin olub-olmamasından asılıdır. Bizim əsas hədəfimiz isə birinci turda mümkün qədər bütün plan yerlərinin dolmasını təmin etməkdir", - deyə direktor bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью