Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 28 yanvar, AZƏRTAC
Məktəb sayı və tələbata uyğun olaraq peşə təmayüllü siniflərdə ixtisas sayı da artırılır.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil TV-də "Peşə təmayüllü siniflər" layihəsinin rəhbəri Arif Pənahov deyib.
O bildirib ki, hazırda peşə təmayüllü siniflərdə 17 ixtisas üzrə tədris aparılır: "Cari tədris ilindən etibarən bir məktəbdə pilot layihə kimi köməkçi tikişçi-operator ixtisası üzrə də tədris həyata keçirilir. Bu ixtisasların hamısı ümumilikdə dörd profildə (təmir-tikinti, xidmət, kənd təsərrüfatı və İnformasiya və Kommunikasiya Texnologiyaları İKT) birləşdirilir. Emalatxanaların quruluşu da bu profillərə uyğun şəkildə təşkil olunur”.
“Aşpaz və qənnadıçı ixtisaslarına, eləcə də İKT profili üzrə (qrafik dizayn, kompüter operatorluğu, help desk və s.) peşə ixtisaslarına maraq və tələbat daha yüksəkdir”, - deyə Arif Pənahov qeyd edib.