Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 22 oktyabr, AZƏRTAC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən "PeşəFest-2025"in Bakıda yekun tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilən tədbirin məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək olub.Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, təhsil müəssisələrindən rəhbər şəxslər, yeniyetmə və gənclər iştirak ediblər.Nazir Anar Əliyev 2022-ci ildən təşkil olunan “Peşələr festivalı”nın gənclərin düzgün peşə seçiminə və əmək bazarına hazırlıqlı daxil olmalarına dəstək məqsədi daşıdığını diqqətə çatdırıb.
Nazir 160 mindən çox gəncin bu tədbirlərə qatılaraq müxtəlif peşələr üzrə əmək bazarının tələbləri, zəruri bacarıqlar və karyera imkanları barədə praktiki məlumatlar əldə etdiyini bildirib.
Anar Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü sosial siyasətin vətəndaş rifahının təminatına xidmət etdiyini, eyni zamanda, insan kapitalının inkişaf etdirilməsinin bu siyasətin əsas istiqamətlərindən olduğunu qeyd edib.
Bildirib ki, “PeşəFest”də iştirak edən gənclərimiz bu platforma vasitəsilə əmək bazarında aktual trendlərlə tanış olmaq, müxtəlif peşələr üzrə mütəxəssislərlə birbaşa ünsiyyət və gələcək karyera planlarını qurmaq imkanı əldə ediblər.
Bu ilin 9 ayında Dövlət Məşğulluq Agentliyi tərəfindən 371 min nəfərin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğu, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması sahəsində aparılan işlər, 1500-dən çox peşə və kvalifikasiya standartının hazırlanaraq işəgötürənlərin istifadəsinə verildiyi diqqətə çatdırılıb.
İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı işləri də qeyd edilib, onlardan iqtisadi fəal olan 6 min 108 nəfərin məşğulluğunun təmin edildiyi bildirilib.