Icma.az, Sia Az portalına istinadən məlumat yayır. Dövlət Məşğulluq Agentliyinin keçirdiyi "PeşəFest-2025"in Bakıda yekun tədbiri keçirilib.
SİA xəbər verir ki, "Peşə öyrən, gələcəyini qur!" devizi ilə keçirilən tədbirin məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq,
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məcl
Çıxışçılar gənclər üçün düzgün peşə seçiminin vacibliyini, "PeşəFest"in bu baxımdan əhəmiyyətli dəstək rolu oynadığını qeyd ediblər.
Onlar gənclərin müasir əmək bazarının tələbləri, aktual peşələr üzrə zəruri bacarıqlar və karyera imkanlarına dair praktiki məlumatlara yiyələnməsində, öz maraq və bacarıqlarını aşkara çıxarmalarında bu interaktiv layihənin önəmindən bəhs ediblər.
Sonra peşəkarlar ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat verib, peşə seçimi ilə bağlı tövsiyələrini çatdırıblar.
Festival musiqi qruplarının ifaları və iştirakçılar arasında keçirilmiş maraqlı viktorinalarla davam edib.
Qeyd edək ki, "PeşəFest-2025" layihəsinə ötən ay Astarada başlanıb.