Peşəfest layihəsi 11 regionda 95 min insana çatıb

27.01.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Peşəfest" layihəsi 11 regionda 95 min insana çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov qurumun ötən ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunmuş tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Peşəfest layihəsinin məqsədi gələcəyin əmək bazarında vacib olan 14 peşənin uğurlu nümayəndələrini şəxslərlə əlaqələndirməkdir.

Sədr bildirib ki, bu tədbirlər şagirdlərin peşə seçimində önəmli amil kimi çıxış edir və gələcəkdə də davam etdiriləcək.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью