Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək

10.03.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək. SİA-nın məlumatına görə, ilk olaraq saat 13:30-da açılış mərasimi keçiriləcək.

Tədbirdən sonra ilk turun oyunları başlayacaq.

Bu mövsüm çempionata 12 komanda qatılıb və liqa iki dövrəli sistemlə keçiriləcək. Hər dövrədə 11 tur, ümumilikdə isə 132 oyun baş tutacaq.

I tur

11 mart

14:00. "Sərhədçi" - "Buta Golden"

15:00. "Polad" - "Elit"

16:00. "Omar" - "Xəzər"

12 mart

14:00. "Şirvan" - "Atilla"

15:00. "Qarabağ" - "Embawood"

16:00. "Zəfər" - "Ağstafa Dilbaz"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью