Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşib

07.11.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sərhədçi" komandası Peşəkar Çövkən Liqasının qalibi olub.

"Cebheinfo.az" xəbər verir ki, sərhədçilər bu tur "Zəfər"i 1:0 hesabı ilə məğlub etməklə son oyunun nəticəsindən asılı olmayaraq ölkə çempionu adını qazanıblar.

Turun mərkəzi qarşılaşmasında "Elite" kollektivi "Polad"a 2:3 hesabı ilə məğlub olaraq çempionluq şansını itirib.

Çempionatın son turunda "Sərhədçi" ilə "Elite" üz-üzə gələcək. "Elite" qələbə qazana bilməsə, digər oyunda "Polad" "Şamaxı"nı məğlub edərsə halda "Polad" komandası gümüş medallara sahib çıxacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью