Peşəkar Futbol Liqası ötən il Xankəndidə keçirilən Qarabağ MOİK matçı ilə bağlı videosüjet hazırlayıb

21.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Peşəkar Futbol Liqası ötən ilin bu günündə Xankəndi şəhər stadionunda keçirilən "Qarabağ" - MOİK matçı ilə bağlı videosüjet hazırlayıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da izlədiyi 1 il öncəki tarixi oyunda iştirak edən şəhid övladları yaşadıqları unudulmaz anlarla bağlı təəssüratlarını qurumun süjetində bölüşüblər.

Qeyd edək ki, 2023-cü il dekabrın 21-də keçirilən görüşdə “Qarabağ” MOİK-i 1:0 hesabı ilə məğlub edib.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью