Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Doğru.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın dolların ehtiyat valyuta kimi mövqeyinə olan etimadı özü zəiflətdiyini bildirib.
Peskov BRICS sammiti ərəfəsində jurnalistlərə açıqlamasında qeyd edib ki, ABŞ hakimiyyəti Rusiyanı dolları ehtiyat valyuta kimi istifadə etmək imkanından məhrum etməklə bu prosesə təkan verib.
Kremlin sözçüsünün sözlərinə görə, dolların etibarlılığına inam azaldıqca ölkələr beynəlxalq hesablaşmalarda milli valyutalara daha çox üstünlük verməyə başlayırlar.
Peskov bildirib ki, bu, uzunmüddətli prosesdir. O, həmçinin Rusiyanın BRICS ölkələri ilə hesablaşmalarının böyük hissəsinin milli valyutalarla aparıldığını vurğulayıb.
Qeyd edək ki, Peskovun bugünkü açıqlamalarında Moskvanın məqsədinin dollarlaşmadan tam imtina etmək olmadığı, Rusiyanın müxtəlif ödəniş üsullarına açıq qaldığı da bildirilib.
DOĞRU.AZ