Peskov: ABŞ ın Ukrayna siyasətində ziddiyyətlər var

26.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Ukrayna məsələsində mövqeyində ziddiyyətlərin olduğunu iddia edib.
Bizim.Media xəbər verir ki, Peskovun sözlərinə görə, Vaşinqton bir tərəfdən Ukraynaya silah tədarük edir, digər tərəfdən isə ABŞ Prezidenti Donald Tramp bu silahların kimə verildiyini bilmədiklərini və məsələnin NATO-nun məsuliyyətində olduğunu bildirir.
 

“Amerikanın mövqeyində belə bir ikililik müşahidə edirik. Bir tərəfdən onlar Ukraynaya silah göndərirlər. Baxmayaraq ki, Prezident Tramp deyir: guya biz kimə tədarük etdiyimizi bilmirik, biz NATO-ya veririk, qalan hər şey bizim işimiz deyil”, – deyə Peskov bildirib.


Peskov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı Moskvanın bütün təkliflərini artıq açıqlayıb və Kiyev hakimiyyəti nə etməli olduğunu bilir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью