Peskov: ABŞ la trateji sabitlik mövzusu hələ müzakirə edilmir

04.04.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Strateji sabitlik və silahlara nəzarət məsələləri Rusiya Federasiyası ilə ABŞ arasında dialoq çərçivəsində hələlik müzakirə edilmir.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Xeyr, bu məsələlər hələ müzakirə olunmur. Ümumilikdə strateji sabitlik və silahlara nəzarət mövzusu gündəmdə əsas yer tutsa da, biz hələ o məqama çatmamışıq", - deyə Kreml sözçüsü bildirib.

Müttəfiqlərin Avropadakı Ali Baş Komandanı, ABŞ generalı Kristofer Kavoli daha əvvəl bildirmişdi ki, Avropa ABŞ-dan öz ərazisində uzaq mənzilli hipersəs silahları yerləşdirməyi xahiş edib. Kavoli həmçinin Vaşinqtonun 2019-cu ildə Orta və Yaxın Mənzilli Nüvə Qüvvələri (INF) Müqaviləsindən çıxmasını vacib addım adlandırıb və bundan yararlanmağa çağırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью