Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiyanın ABŞ tərəfindən dondurulan aktivlərinin məbləği 5 milyard dollardan bir qədər azdır”.
525.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
O, bu vəsaitdən 1 milyard dolların Sülh Şurasına ayırmaq barədə məsələyə toxunub. Bildirib ki, bu mövzu dünən Rusiya prezidenti Vladimir Putinin Fələstin lideri Mahmud Abbasla danışıqları zamanı da qaldırılıb.
Pərvanə Sultanova