Peskov: ABŞ nümayəndələri ilə işgüzar səviyyəli əlaqələr davam edir

01.10.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerika nümayəndələri ilə işgüzar səviyyəli əlaqələr davam edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin prezident Vladimir Putinə ABŞ nümayəndələri ilə təmasları barədə hesabat verdiyini söyləyib.

Qeyd edib ki, Dmitriyev ABŞ nümayəndələri ilə potensial iqtisadi əməkdaşlığı müzakirə etməyə davam edir: "Rusiya və ABŞ arasında birgə iqtisadi layihələrin həyata keçirilməsi hər iki ölkə üçün çox faydalı olardı".

Kremlin sözçüsü ABŞ-nin əvvəlki kimi Rusiya ilə iqtisadi əməkdaşlığın bərpasını Ukrayna münaqişəsinin həlli ilə əlaqələndirməyə davam etdiyini deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью