Peskov: Ağ Evdə Melaniya Trampla görüşdə Lantratova və Dmitriyev iştirak edəcək

05.11.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın ombudsmanı Yana Lantratova və Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev bu gün Melaniya Trampla görüşdə iştirak edəcəklər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Lantratova və Dmitriyevin ABŞ vizası aldıqlarını təsdiqləyib.

Qeyd edək ki, bu gün Ağ Evdə ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukrayna və Rusiya nümayəndələrini bir araya gətirəcək. Melaniya Tramp Aleşkidəki atəşkəs barədə bəyanat verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью