Peskov AK ın “dron divarı” yaratmaq təklifini pis fikir adlandırıb

30.09.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər hansı bir divarın, o cümlədən "dron divarının" yaradılması kökündən pis bir fikirdir.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə mətbuatına açıqlama verərkən, jurnalistlərin Avropa Komissiyasının (AK) Avropanın şərq cinahında “dron divarı” yaratmaq üçün təcili tədbirlər görmək təşəbbüsünü şərh etmək xahişinə cavab olaraq bildirib.

“Tarixin göstərdiyi kimi divar yaratmaq həmişə pisdir. Və çox üzücüdür ki, Ukraynanın bu militarist, qarşıdurma siyasəti indi potensial olaraq yeni ayırıcı divarların yaradılmasında reallaşa bilər”, - deyə Kremlin sözçüsü bildirib.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью