Peskov: Almaniya yenidən təhlükəli ölkəyə çevrilir

14.07.2025

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniyanın müdafiə naziri Boris Pistoriusun açıqlamalarına münasibət bildirərək, bu ölkənin yenidən təhlükəli bir dövlətə çevrildiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə D. Peskov "RBC"yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Almaniya rəsmisinin Rusiya əsgərlərinin öldürülməsinə dair verdiyi bəyanat narahatlıq doğurur:

"Almaniya yenidən təhlükəli ölkəyə çevrilir. Pistoriusun dediklərinə inanmaq çətindir, amma təəssüf ki, bu, reallıqdır", - Kremlin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius daha əvvəl "Financial Times" qəzetinə verdiyi müsahibədə Rusiyanın hansısa NATO ölkəsini hücum edəcəyi təqdirdə, alman ordusunun rus əsgərlərini öldürməyə hazır olacağını bəyan etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью