Peskov: Almaniyanın niyə “Şimal axını”ndan istifadə etmədiyinə təəccüb etmək olar Doğru Xəbərlər

26.11.2024

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Almaniya niyə “Şimal axını 2”dən istifadə etmir, enerji resurslarını baha qiymətə alır.

“Məsələn, niyə Almaniya rəhbərliyinin öz sənayesi, istehsalçıları və nəhayət, vətəndaşları üçün sırf iqtisadi maraqları və iqtisadi məqsədəuyğunluq maraqlarını rəhbər tutmadığına təəccüb etmək olar”, – Kreml nümayəndəsi bildirib.

Nəticə etibarı ilə bu, Almaniyanın işidir, deyə o, yekunlaşdırıb.

Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, “Şimal axını” bir düymə ilə işə salına bilər.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью