Peskov Bakıda həbsdə olan ruslardan DANIŞDI

29.10.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

"Rusiya və Azərbaycan müxtəlif səviyyələrdə səylə işləyirlər və iki ölkə arasında dialoq davam edir".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistinlərin "Bakıda saxlanılan rusların azad edilməsi" ilə bağlı sualı cavablandırarkən deyib. 

"Hazırda ciddi iş gedir. Biz dialoqumuzu davam etdiririk", - o, qeyd edib. 

Qeyd edək ki, Bakıda rus vətəndaşları Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Gülayə Mecid 
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью