Peskov Berlin danışıqları haqda: Müharibəyə son qoymaq üçün...

16.12.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskva Ukraynadakı müharibəyə son qoymaq planı ilə bağlı Berlində keçirilən danışıqların nəticələri haqda heç bir məlumat almayıb.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə verdiyi müsahibədə deyib.

Peskov əlavə edib ki, yeni danışıqlar mərhələsini keçirmək üçün Rusiya əvvəlcə Vaşinqton, Kiyev və Avropa paytaxtları arasında aparılan məsləhətləşmələrin nəticələrini bilməlidir.

“Əvvəlcə amerikalıların ukraynalılarla avropalıların iştirakı ilə apardığı danışıqlardan nəyin ortaya çıxacağını nəzərdən keçirməliyik”, – deyə Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi avropalıların bu danışıqlardakı roluna şübhə ilə yanaşaraq deyib ki, onların iştirakı yaxşı nəticə vəd etmir.

Bu arada Zelenski bildirib ki, Berlində keçirilən son məsləhətləşmələrdən sonra ABŞ Rusiyaya yeni təkliflər çatdırmalı və cavab aldıqdan sonra Ukrayna nümayəndə heyəti ilə yeni danışıqlar aparmalıdır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью