Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.
Peskovun sözlərinə görə, ABŞ-da işlədilən "saziş" yanaşması bir çox mürəkkəb münaqişələrin həlli üçün yetərli deyil.
"Bir çox münaqişələr öz strukturuna görə çox mürəkkəbdir. Əslində, ABŞ-da deyildiyi kimi, onları bir "saziş, dialoq" çərçivəsində həll etmək mümkün deyil. Bu, uzunmüddətli, mürəkkəb və hərtərəfli nizamlama prosesidir. Münaqişələrin həllinə yalnız belə bir yanaşma kömək edə bilər", – deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov bu fikirləri jurnalistin İrandakı hadisələrin inkişafının Kremlin Ukrayna ilə bağlı danışıqların mənasız olduğu qənaətinə gəlməsi üçün siqnal hesab edilib-edilmədiyi barədə sualını cavablandırarkən səsləndirib.
Bizimyol.info