Peskov: Biz şərh vermək haqqımız olduğunu düşünmürük

27.12.2024

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı qiymətləndirməni yalnız Federal Hava Nəqliyyatı Agentliyi verə bilər”.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bizim aviasiya orqanlarımız var ki, onlar bu hadisənən səbəblərini dəyərləndirə bilərlər. Bu məlumata yalnız onlar düzgün rəy verə bilər. Biz özümüzün, mütəxəssis olmadığımız halda, bu barədə şərh verməyə haqqımız olduğunu düşünmürük”, - deyə Kreml nümayəndəsi bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью