Peskov Borisovun işdən çıxarılmasının səbəbini açıqladı

06.02.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Roskosmos"un rəhbəri Yuri Borisovun işdən çıxarılmasına səbəb korporasiyada dinamik inkişaf üçün rotasiya olub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

Kremlin sözçüsü əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinlə "Roskosmos"un yeni baş direktoru Dmitri Bakanov və Borisov arasında görüş planlaşdırılmır. Eyni zamanda, Peskov qeyd edib ki, dövlət başçısı korporasiyadakı işlərin vəziyyəti ilə bağlı mütəmadi olaraq hesabatlar alır.  

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью