Peskov: Borrellin rəhbərlik etdiyi illər utancla xatırlanacaq

24.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Avropa İttifaqı (Aİ) komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrellin rəhbərlik rəhbərlik etdiyi illər utancla xatırlanacaq".

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Düşünmürəm ki, heç kim (Borrelin Avropa diplomatiyasına rəhbərlik etdiyi illər - red.) onları xatırlasın və əgər xatırlasalar, utanc hissi keçirməsin”, - deyə o vurğulayıb.

Rusiya liderinin mətbuat katibi Borrelli solğun xarakter adlandırıb və təəssüflə qeyd edib ki, hətta indi də Aİ baş verənlərə müstəqil, ayıq baxışdan uzaqdır.

Borrelin səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır. Onu Estoniyanın Baş naziri Kaya Kallas əvəz edəcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью