Peskov BRICS sammitindəki görüşləri şərh ETDİ

13.09.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hindistanın Baş naziri Narendra Modi və Çin Prezidenti Si Cinpin BRICS sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə keçirdikləri ikitərəfli görüşlər zamanı Ukraynadakı münaqişənin həllində fəal şəkildə kömək təklif ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyinə istinadən Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Məlumata görə, Peskov hər iki liderin Rusiya dövlət başçısı ilə söhbət zamanı münaqişənin diplomatik yollarla tənzimlənməsi vasitələrinə toxunduqlarını bildirib. Kremlin nümayəndəsi vurğulayıb ki, istər Dehli, istərsə də Pekin sülh prosesinə töhfə verməyə və tərəflər arasında dialoqun qurulmasına dəstək göstərməyə hazır olduqlarını bir daha nümayiş etdiriblər.  

Bildirilir ki, Rusiya tarafı Çin və Hindistanın bu konstruktiv mövqeyini və sülhməramlı təşəbbüslərini yüksək qiymətləndirir. Liderlər arasında keçirilən təmaslarda təkcə regional təhlükəsizlik məsələləri deyil, həm də qlobal iqtisadi sabitlik və BRICS çərçivəsində tərəfdaşlığın dərinləşdirilməsi imkanları diqqət mərkəzində olub.

Qeyd edək ki, Nyu-Dehlidə keçirilən BRICS sammiti çərçivəsində liderlərin ikitərəfli görüşləri münaqişə zonalarında gərginliyin azaldılması və çoxtərəfli diplomatik səylərin aktivləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью