Peskov bu sualı cavablandırmaqdan imtina etdi

22.01.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Kreml Ukrayna danışıqlarının vəziyyəti ilə bağlı şərh verməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını dinləyib.

“Rusiya ABŞ-ın Ukraynadakı münaqişənin həlli  səylərini alqışlayır, lakin danışıqların hazırkı vəziyyəti ilə bağlı şərh verməyə hazır deyilik”, – deyə o qeyd edib.

Peskov bildirib ki, özəlliklə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun səfərindən əvvəl şərh vermək istəmir.

Xatırladaq ki, bir gün əvvəl Uitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Rusiya və Ukrayna nümayəndələri ilə danışıqlar aparıblar.

Əliyar Xəlil
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью