Peskov: Cozef Borrellin rəhbərlik etdiyi illər utancla xatırlanacaq

24.11.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrellin rəhbərlik rəhbərlik etdiyi illər utancla xatırlanacaq.

“Report” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Düşünmürəm ki, heç kim (Borrelin Avropa diplomatiyasına rəhbərlik etdiyi illər - Qeyd) onları xatırlasın və əgər xatırlasalar, utanc hissi keçirməsin”, - deyə o vurğulayıb.

Rusiya liderinin mətbuat katibi Borrelli solğun xarakter adlandırıb və təəssüflə qeyd edib ki, hətta indi də Aİ baş verənlərə müstəqil, ayıq baxışdan uzaqdır.

Borrelin səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır. Onu Estoniyanın Baş naziri Kaya Kallas əvəz edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью