Peskov: Danışıqlar hərbi əməliyyatları dayandırmır

26.10.2026

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yenidən başlaması qərarının hərbi əməliyyatlara məhdudiyyət qoymadığını bildirib.

Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında gündəmdəki məsələlərə münasibət bildirib.

Ukraynanın Xerson bölgəsində yerləşən Oleşki şəhərində keçiriləcək humanitar əməliyyatla əlaqədar sabahdan etibarən Xerson istiqamətində müvəqqəti atəşkəs elan edildiyini xatırladan Peskov ABŞ-ın bu məsələdəki dəstəyini yüksək qiymətləndirdiklərini deyib.

“Ümid edirik ki, Ukrayna tərəfi əldə edilən razılaşmalara əməl edəcək”, – deyə, Kremlin sözçüsü bildirib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью