Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Rusiya Avropa ölkələri ilə danışıqlara açıqdır, lakin Moskva ilə güc mövqeyindən dialoqa girmək cəhdləri ciddi səhvdir”.
Bizim.Media xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə təmaslara və danışıqlara hazır olduğunu vurğulayıb:
“Bu təmasların dayandırılması və ya məhdudlaşdırılması təşəbbüsünü irəli sürən biz deyildik".
"Avropalıların çox ciddi yanlış təsəvvürü var. Onlar hesab edirlər ki, Rusiya ilə danışıqlar güc mövqeyindən və Rusiyanın zəifliyinə əsaslanaraq aparılmalıdır. Bu, ciddi bir səhvdir", - deyə o əlavə edib.
Bizim.Media