Peskov Əbu Dabi danışıqlarını konstruktiv iş kimi səciyyələndirib

06.02.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Əbu-Dabidə üçtərəfli danışıqları "konstruktiv və mürəkkəb iş" kimi səciyyələndirib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında bildirib,

"İki gün ərzində konstruktiv və eyni zamanda, çox mürəkkəb iş aparılıb. Bu iş davam etdiriləcək", - o vurğulayıb.

Qeyd edək ki, fevralın 4-də BƏƏ-nin paytaxtında Ukrayna, Rusiya və ABŞ-nin texniki qrupları arasında danışıqların növbəti raundunun birinci günü olub. Danışıqların birinci raundu da yanvarın 23-24-də Əbu-Dabidə baş tutmuşdu, fevralın 1-nə planlaşdırılan görüş isə fevralın 4-5-nə təxirə salınmışdı.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью