Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Rusiya XİN rəhbəri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yola düşüblər.
Görüş Moskva və Vaşinqton arasında münasibətlərin bərpasına həsr olunacaq".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Bu gün Prezident Vladimir Putinin tapşırığı ilə xarici işlər naziri Lavrov və prezidentin köməkçisi Yuri Uşakov Ər-Riyada yola düşürlər.
Gözlənilir ki, çərşənbə axşamı onlar Ər-Riyadda amerikalı həmkarları ilə görüş keçirəcəklər.
Görüş ilk növbədə Rusiya-ABŞ münasibətlərinin bütün kompleksinin bərpasına həsr olunacaq", - deyə Kremlin nümayəndəsi bildirib.
Peskovun sözlərinə görə, Rusiya XİN rəhbəri və prezidentin köməkçisi Ər-Riyadda ABŞ nümayəndələri ilə iki ölkə arasındakı münasibətlərlə yanaşı, Ukrayna məsələsinin nizamlanması üzrə mümkün danışıqlara, həmçinin Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşünə hazırlığı da müzakirə edəcəklər.