Icma.az, Ayna saytına istinadən bildirir.
“Ukrayna ilə bağlı yeni üçtərəfli danışıqlar raundu tezliklə keçiriləcək”
“Ukrayna ilə bağlı yeni üçtərəfli danışıqlar raundu tezliklə keçiriləcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti” agentliyinə deyib.
"Görüş tezliklə olacaq, lakin tarixlərlə bağlı hələlik dəqiqlik yoxdur", - deyə o bildirib.
Moskva, Vaşinqton və Kiyev arasında əvvəlki məsləhətləşmələr raundu 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçirilib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin sözlərinə görə, tərəflər sülhə yaxınlaşa biliblər, lakin indi çox şey prosesin bütün iştirakçılarından asılıdır. O əlavə edib ki, əsas mövzu münaqişənin bitməsindən sonra gələcək Avropa təhlükəsizlik arxitekturasının müzakirəsi olub.
Tərəflər həmçinin Rusiya və Ukrayna arasında yeni genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər və bunun konkret parametrləri tezliklə açıqlanacaq.