Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında dilə gətirib. O, Hindistanın neft naziri Hardip Purinin məsələ ilə əlaqədar sözlərinə münasibət bildirib. Hindistanlı nazir vurğulayıb ki, ölkəsi neft idxalını şaxələndirmək imkanına malikdir və hazırda 41 ölkədən neft alır.
Dmitri Peskov diqqətə çatdırıb ki, beynəlxalq enerji məsələləri üzrə bütün mütəxəssislər bu məsələdən xəbərdardırlar:
"Əlbəttə, Rusiya Hindistana neft və neft məhsullarının yeganə tədarükçüsü deyil. Hindistan yanacağı həmişə başqa ölkələrdən də alıb. Burada hər hansı yenilik görmürük".
Peskov: "Hindistandan açıqlama gəlməyib"
Xatırladaq ki, Donald Tramp və Narendra Modi ilə ötən gün telefon danışığı baş tutub. Hindistanın Baş naziri ölkəsinin Rusiya neftinin idxalının dayandırdığını diqqətə çatdırıb. Beləliklə, tərəflər Vaşinqtonun Yeni Dehliyə qarşı 2025-ci ilin 6 avqustunda 50%-dək artırdığı idxal rüsumunun 18%-ə endirilməsi barədə razılığa gəliblər. Öz növbəsində, Donald Tramp vurğulayıb ki, Hindistan həmçinin ABŞ və Venesueladan neft ixracını da artırmaq niyyətindədir. Dmitri Peskov dünən bu xəbərə münasibətində "Rəsmi Moskva məsələ ilə əlaqədar Hindistandan hər hansı açıqlama almadığını" söyləyib.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Dmitri Peskov diqqətə çatdırıb ki, beynəlxalq enerji məsələləri üzrə bütün mütəxəssislər bu məsələdən xəbərdardırlar: