Peskov: Hindistandan açıqlama gəlməyib

03.02.2026

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov yerli mətbuata açıqlamasında söyləyib. O, ABŞ Prezidenti Donald Trampın Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığının ardınca dediyi sözlərə münasibət bildirib. Belə ki, Donald Tramp Yeni Dehlinin Rusiyadan neft almağı dayandıracağını, əvəzində ABŞ-dən, hətta Venesueladan yanacaq alacağını bildirib.
Dmitri Peskov birmənalı söyləyib ki, rəsmi Yeni Dehli bu məsələ barədə Moskvaya hər hansı məlumat verməyib:
"ABŞ-Hindistan münasibətlərinə hörmətlə yanaşır, amma Hindistanla strateji tərəfdaşlığın inkişafına da eyni dərəcədə əhəmiyyət veririk. Yeni Dehli ilə münasibətləri daha da irəliyə aparmaq niyyətindəyik".
Hindistan-ABŞ münasibətləri yumşalır
Xatırladaq ki, Donald Tramp və Narendra Modi ilə dünən telefon danışığı baş tutub. Hindistanın Baş naziri ölkəsinin Rusiya neftinin idxalının dayandırdığını diqqətə çatdırıb. Beləliklə, tərəflər Vaşinqtonun Yeni Dehliyə qarşı 2025-ci ilin 6 avqustunda 50%-dək artırdığı idxal rüsumunun 18%-ə endirilməsi barədə razılığa gəliblər. Öz növbəsində, Donald Tramp vurğulayıb ki, Hindistan həmçinin ABŞ və Venesueladan neft ixracını da artırmaq niyyətindədir.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью