GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanın ötən gün Krım körpüsünü partlatması ilə bağlı məlumatı təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, Peskov heç bir dağıntının olmadığını və körpünün hazırda işlədiyini söyləyib.
“Ukrayna hücum cəhdlərini davam etdirir. Rusiya isə buna qarşı ehtiyat tədbirləri görür”, – Kreml rəsmisi bildirib.
Qeyd edək ki, ötən gün Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsünün dayaqlarından birinə öncədən yerləşdirilən partlayıcını işə saldığına dair məlumat və görüntülər yayılıb.
Əliyar Xəlil
Globalinfo.az