GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya ilə Azərbaycan arasında münasibətlər inkişaf etməkdə davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov “Rossiya-1” televiziya kanalına verdiyi şərhdə bildirib.
Peskovun sözlərinə görə, Azərbaycan MDB çərçivəsində bütün formatlarda iştirakını davam etdirir. O qeyd edib ki, ikitərəfli münasibətlər də ardıcıl şəkildə inkişaf edir.
Kremlin sözçüsü bu açıqlamanı Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etməməsi ilə bağlı sualı cavablandırarkən verib. Qeyri-rəsmi danışıqlar dekabrın 22-də Sankt-Peterburqda keçirilib.
Xatırladaq ki, daha əvvəl AZƏRTAC İlham Əliyevin MDB sammitində iştirak etməməsini Prezidentin sıx iş qrafiki ilə izah etmişdi.
Tahir Turan
Globalinfo.az