Peskov: İstanbul növbəti Rusiya Ukrayna danışıqlarının yeri ola bilər

28.05.2025

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kreml İstanbulu Ukrayna ilə danışıqların növbəti raundu üçün mümkün məkan kimi görür.

Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, Rusiya Federasiyası üçün hansı platformaların üstünlük təşkil etməsi ilə bağlı sualı cavablandırıb: “Ən azı birinci turun keçirildiyi yer. Qalanı qarşılıqlı razılaşma məsələsidir”. İstanbulun növbəti raundun keçiriləcəyi yer kimi qəbul edilib-edilməməsi ilə bağlı suala Peskov müsbət cavab verib.
Mayın 16-da İstanbulda son 3 ildə ilk dəfə Rusiya ilə Ukrayna arasında danışıqlar aparılıb. Əslində bu, Kiyevin təşəbbüsü və Qərbin təhriki ilə 2022-ci ildə kəsilən dialoqun bərpasıdır.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью