Peskov: Kreml üçtərəfli danışıqları istisna etmir

07.09.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kreml Kiyevdə ABŞ nümayəndələri ilə Ukrayna rəsmiləri arasında keçirilən görüşlərin nəticələri barədə hələlik məlumatın olmadığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistlərə bildirib.

Peskovun sözlərinə görə, Moskva Rusiya və ABŞ liderlərinin Vaşinqton nümayəndə heyətinin Kiyevə səfərinin nəticələrini telefon danışığı zamanı müzakirə edə biləcəyini istisna etmir.

“Bu telefon danışığının nə vaxt baş tutacağını və ümumiyyətlə baş tutub-tutmayacağını sizə bildirəcəyik”, – Kremlin sözçüsü deyib.

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsi ehtimalına toxunan Peskov ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerin Kiyevdəki açıqlamalarını xatırladıb.

“Üçtərəfli formata gəldikdə, Kuşnerin açıqlamalarını Kiyevdən eşitmisiniz. Üçtərəfli formatın bərpasını istisna etmirik, lakin onun yeri və vaxtı barədə danışmaq hələ tezdir”, – Peskov bildirib.

Murad İsmayıl 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью