Peskov: Lantratova və Dmitriyev Ağ Evdə Melaniya Trampla görüşəcəklər

05.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Rusiyanın Ombudsmanı Yana Lantratova və Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev bu gün Ağ Evdə ABŞ-ın birinci xanımı Melaniya Trampla görüşdə iştirak edəcəklər.

Bakıvaxtı.az-ın xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Lantratova və Dmitriyevin ABŞ vizası aldıqlarını təsdiqləyib.

Qeyd edək ki, bu gün Ağ Evdə ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukrayna və Rusiya nümayəndələrini bir araya gətirəcək. Melaniya Tramp Aleşkidəki atəşkəs barədə bəyanat verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью