Peskov: Minsk danışıqlar üçün ən yaxşı yerdir

05.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Kreml Minski Rusiya, ABŞ və Ukrayna liderləri arasında üçtərəfli danışıqlar üçün ən yaxşı yer hesab edir.

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu məsələ qaldırılmayıb və heç bir şəkildə müzakirə olunmayıb. Amma bizim üçün Minsk ən yaxşı yerdir. Belarus bizim əsas müttəfiqimizdir, ona görə də danışıqlar üçün ən yaxşı yerdir", - Peskov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью