Peskov: Moskva İrəvanla əməkdaşlığı inkişaf etdirməyə davam edir

12.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Rusiya Ermənistanla həm ikitərəfli, həm də inteqrasiya prosesləri vasitəsilə əməkdaşlığı inkişaf etdirməyə davam edir və gələcəkdə də bunu etmək niyyətindədir. 

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, bildirib ki, Rusiya ilə Ermənistan arasındakı təmaslar sıx şəkildə və ən yüksək səviyyədə baş tutur.

"Biz həm ikitərəfli, həm də İrəvanla inteqrasiya prosesləri çərçivəsində əməkdaşlığımızı inkişaf etdirməyə davam edirik", - deyə Peskov qeyd edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью