Peskov: Moskva Paris hava limanında Rusiya diplomatının saxlanmasını pisləyib

09.04.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Rusiya Paris hava limanında Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşının saxlanmasını pisləyir; bunlar diplomatlara qarşı qəbuledilməz hərəkətlərdir.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Bunlar tamamilə qəbuledilməz hərəkətlərdir, Fransa Respublikasının Vyana Konvensiyasından irəli gələn bütün öhdəliklərinə ziddir. Parisdəki konsulluq xidmətimizin nümayəndələrini uzun müddət içəri buraxmadılar. Təbii ki, biz Fransanın bu cür hərəkətlərini pisləyir və nümayəndələrimizə, diplomatlarımıza münasibətdə qəbuledilməz hesab edirik. Əlbəttə, bu, Fransa hakimiyyəti tərəfindən artıq zədələnmiş ikitərəfli münasibətlərimizi daha da gərginləşdirir”, - deyə Kreml nümayəndəsi qeyd edib.

Rusiya diplomatik departamentinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, aprelin 6-da Şarl de Qoll hava limanında Fransa sərhəd xidməti Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşını, Rusiya rəsmi nümayəndə heyətinin üzvü olan şəxsi heç bir izahat vermədən onun telefonunu və kompüterini müsadirə edərək saxlayıb. Rusiyanın Fransadakı səfirliyi konsulluq əməkdaşını hava limanına göndərib, lakin o, təxminən 7 saat gözləməli olub.

Bununla bağlı Rusiya səfirliyi Fransa Xarici İşlər Nazirliyinə etiraz notası göndərib, bundan sonra Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşının ölkəyə daxil olmasına icazə verilib. Zaxarova bildirib ki, ümumilikdə o, təxminən bir gün hava limanının sərhəd zonasında qalıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью