Peskov: Moskva Trampın problemlərin dialoq yolu ilə həllinə hazır olmasını alqışlayır AZƏRTAC

10.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Moskva, 10 yanvar, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla heç bir şərt olmadan görüşməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Trampın Putinlə görüş planları ilə bağlı açıqlamalarını belə şərh edib.

O qeyd edib ki, belə təmasların təşkili istək və siyasi iradə tələb edir.

“Putin dəfələrlə beynəlxalq liderlərlə, o cümlədən ABŞ Prezidenti və Donald Trampla təmaslara açıq olduğunu bildirib. Bunun üçün heç bir şərt tələb olunmur. Tələb olunan dialoq aparmaq və mövcud problemləri dialoq yolu ilə həll etmək üçün qarşılıqlı istək və siyasi iradədir”, -deyə Peskov qeyd edib.

Kremlin sözçüsü əlavə edib ki, Moskva Trampın “problemləri dialoq yolu ilə həll etmək” istəyini alqışlayır. Onun sözlərinə görə, təmasların təşkili üzrə tədbirlər Tramp rəsmi olaraq vəzifəyə gəldikdən sonra başlayacaq.

Fəridə Abdullayeva

AZƏRTAC -ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью